www.nice.az > Sevgi Aləmi > Sən mənim DUALARIMSAN!(Sevgilimə)
Sən mənim DUALARIMSAN!(Sevgilimə)21 oktyabr 2010. Müəllif: Muslim_Girl |
![]() Səni sənə anlatmaq istəyirəm Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm Çöldə gözəl bir bahar var Pəncərəni açıb çiçəklərin ətrini içinə çəkmək istəyirsən quşlar cəh-cəh vurur, rənbərəng kəpənəklər uçur Baxırsan və bu gözəllikdən doymursan.. Bax sən mənim BAHARIMSAN! ![]() Səni sənə anlatmaq istəyirəm Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm İsti səhrada gəzərkən susayırsan və bir sərin içki tapırsan Kimsənin olmadığı adada qumda uzanıb günəşlənirsən Ən hündür zirvəyə çıxıb onun adını var gücünlə bağırırsan Soyuq qış axşamında yastığını o zənn edib bərk-bərk qucaqlayırsan Bax sən mənim XƏYALLARIMSAN! ![]() Səni sənə anlatmaq istəyirəm Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm İllər sonra çox sevdiyin bir dostunu görürsən 2 manatlıq kupona ev udursan evə gəldiyində anan ən sevdiyi yeməyi bişirdiyini görürsən İstədiyin hədiyyəni sənə aldıqlarını görürsən Sevincindən dəli kimi qışqırırsan... Bax sən mənim tükənməz SEVİNCİMSƏN! ![]() Səni sənə anlatmaq istəyirəm Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm Gecələr dəniz kənarında ulduzlara baxmaq ay işığı altında səninlə əl-ələ tutub qaçmaq Yuxu nədir bilməyərək onunla olmaq Günəşin çıxmasına qədər səni qucaqlamaq nə qədər xoşdursa... Bax sən mənim bitməyən GECƏMSƏN! ![]() Səni sənə anlatmaq istəyirəm Səni sənə tərif etmək sənə məndəki səni izah etmək istəyirəm Sevirəm içində birini gizlicə toxunmaq istəyirəm sənə bacara bilmirəm yanaqından öpmək istəyirəm edə bilmirəm sənin gözlərinin içinə baxıb nə qədər sevdiyimi demək istəyirəm amma sadəcə səni arzu edə bilirəm... Bax sən mənim gerçəkləşməyən ARZUMSAN! ![]() Mən daha sənə bunları yazmayacağam... Mən sənə sadəcə 1 cümlə yazacağam... Yadındadır sənə deyirdim mən hər gecə yatmazdan öncə Allaha DUA edirəm. Bax mən Allahdan hər gecə... * Səni dünyaya bəxş etdiyi üçün ona təşəkkür edirəm... * Səni mənə verdiyi üçün ona şükr edirəm... * Səni hər bəladan, acı gündən, kədərlənməkdən, ağlamaqdan, pis günlərdən qoruması, üzündəki o şirin təbəssümün əksilməməsi üşün DUA edirəm... Çünki SƏN MƏNİM DUALARIMSAN! |