www.nice.az > Sevgi Aləmi > Unutdum Səni
Unutdum Səni19 oktyabr 2010. Müəllif: GHoSTMaN |
![]() Yağış yağır... Yenə aylı gecə... Yenə Sən... Yenə Sənli düşüncələr... Sənli-sənsiz xəyallar... Yenə göz yaşları... Nə zaman, söylə, nə zaman "yaxa qurtara biləcəyəm" bu acılardan??! Axı nə zaman! Bezdim artıq, bezdim!!! Bezdim Səni düşünməkdən, bezdim boş-boş arzuların arxasınca körpə uşaqtək aglayıb-sürünməkdən!!! Bezdim! İstəmirəm, gəlmə yuxularıma, istəmirəm, gəlmə xəyallarıma, olma röyalarda qonağım, dinlədiyim mahnıların artıq Sənə aid olmasını da istəmirəm, İzlədiyim filmlərin baş qəhramanı olmağını da artıq istəmirəm, İs-Tə-Mi-Rəm!!! Yetər artıq, izləmə Məni... Unut Məni... Elə Mənim xatirimə unut, elə öz xatirinə... Sənin xatirinə də Mən Səni unutdum! Unutdum o şirin baxışları, unutdum o sözləri, unutdum, unutdum, UNUTDUM SƏNİ! Deyirlər ki, bir şeyi 40 dəfə desən həyata keçərmiş... Başlayıram saymağa... Unutdum... Unutdum... Unutdum... Unutdum... |