www.nice.az > Sevgi Aləmi > Öyrətdi...
Öyrətdi...30 sentyabr 2010. Müəllif: GHoSTMaN |
Mən qaranlıqda dünyaya gəldim. Həyat bu zülmətdə zəif parıltıları görməyi öyrətdi. Gözləməyi öyrətdi, sabahın gəlişini gözləməyi. Ayağa qalxmağı, yavaş-yavaş yeriməyi öyrətdi. Sonra yıxılıb, yenidən qalxmağı.. Sevgini öyrətdi, fədakar olmağı. Bəzən qurban verməyi öyrətdi. Nifrəti öyrətdi, nankorluğu. Qırdığım, sındırdığım hər cismin parçalarını toplamağı, əvvəlki kimi olmayacağını bilə-bilə, bir araya gətirməyi öyrətdi. Əzməyi öyrətdi, parçalamağı. Sonra əzilməyi öyrətdi, parça-parça olmağı... Sərt tufanlar qarşısında qayalar kimi bərk durmağı öyrətdi.. Sərin mehin əsməyilə yıxılmağı öyrətdi. İnad etməyi, ardıma baxmadan getməyi öyrətdi. Peşman olmağı, geri dönməyi öyrətdi. Həyatın özünə üsyan etməyi öyrətdi, sonra elə həyatın özündən bərk-bərk sarılmağı öyrətdi. Kədərimə güləcək qədər güclü olmağı öyrətdi, sevincimə ağlayacaq qədər zəif olmağı. Həyat əslində yaşamağı öyrətdi. Bütün gözəllikləri, çirkinliklərilə, acı həqiqətləri, şirin yalanları ilə özünü - həyatın özünü öyrətdi... |