www.nice.az > Sevgi Aləmi > Mənim olarsanmı???
Mənim olarsanmı???19 avqust 2010. Müəllif: NiXaTo |
![]() Əlini tutarkən ürəyimdə qopan fırtınanı duyan olarsanmı? ![]() Sevdiyim tərəfindən sevilən olmaq istəyirəm. Səni bərk-bərk qucaqlayıb pıçıltı ilə qulağına "Mən səni sevirəm" deyəndə, "Mən də səni sevirəm" deyən olarsanmı? ![]() Hər zaman yanımda hiss etmək istəyirəm səni. Hər zaman məndə olmağını istəyirəm. Bir ömür ürəyimdə bağlı qalan olarsanmı? ![]() Hər dəfə baxışdıqda gözümdə hər dəfə eyni şiddətdə olan qığılcımı görən olarsanmı? ![]() Bizə qarşı olanlarla sən, mən ayrı-ayrılıqda yox, sevgimiz mübarizə aparsın istəyirəm. Mənə belə bir sevgi verən olarsanmı? ![]() Utanmaqdan qızarmış yanaqlarına ovucumun içi ilə toxunaraq, səni öpmək istəyirəm. Məni öpən olarsanmı? ![]() Başını çiynimə qoyaraq qəlbimin səsini dinləyən olarsanmı? ![]() Sevgimizin və sənin qarşında diz çöküb həyatının qalan hissəni mənimlə bölüş desəm, həyatının qalan hissəsini mənimlə birləşdirən olarsamı? ![]() Hər gün yuxu görürəm. Bəzən səni də görürəm... Hər gün yuxumu bəzəyən mələk olarsanmı? ![]() Yuxusuz gecələrimdə səmada yan-yana iki ulduz görürəm, biri mən olsam, digəri olarsanmı? ![]() Bütün bu dediklərimi dildə deyil, ürəkdən dediyimi hiss edən olarsanmı? ![]() Bütün bu istəklərimi istəyən olarsanmı? İndi nə deyirsən, gözəlim? Mənim olarsanmı? Sizin olan biri varmı? P.S Yazı sözün bütün mənalarında tamamilə mənə aiddir, bir istisna halda ONA aiddir!!!:)) |