www.nice.az > Sevgi Aləmi > Susdum,yalnız dərdlərim danışır..

Susdum,yalnız dərdlərim danışır..


3 avqust 2010. Müəllif: 90_664
Susdum,yalnız dərdlərim danışır..

Susdum!
Nə qədər susmaq lazımdır o qədər susdum…
Yalnız özümlə danışıram indi…
Yalnız ürəyimlə toxunuram səsinə,
Heç kəs eşitmir…

Susdum!
Susdu dodaqlarımda mahnı sözləri,şerlər
…Bir ah sürüb dodaqlarıma susdum…
Dənizlər,dalğalar da dinmədi mənimlə…
Ümidlərimi verib küləyə uzaqlara üfürürəm hər gecə…
Ulduz düzəlib səpirəm göy üzünə…
Saçı ağarmış xəyallar,nəmli kiprikərlə buludlandığında gözlərim,
Sanki şimşək olub göydə çaxıram…
Heç kim görmür…


Mən susdum!
Susmur ürəyimdəki qasırğa,
Pəncərəmə vuran yağış damlaları,
Susmur hər gecə çöldə inləyən külək…
Gəlmir bahar,Quşlar sevinmir,
Ay qəmli,Günəş doğulmur…
Susdu həyat,susdu zaman…


Dərdlərim danışır yalnız…
Sənin barəndə…