www.nice.az > Sevgi Aləmi > Gülün suya olan sevgisi

Gülün suya olan sevgisi


21 iyul 2010. Müəllif: Birtanem
Gülün suya olan sevgisi

Günün birində güllə su qarşılaşar və dost olarlar,ilk öncələri dost olaraq davam edər birlikdəlikləri.Əlbətdəki zaman lazım idi bir birlərini tanimağa,zaman keçdikcə gül o qədər xoşbəxt olarki sevincdən içi içinə sığmaz və anlayar ki suya aşiq olub.ilk dəfə aşiq olan gül ətrafına gözəl qoxular saçır sırf sənin xətrin üçün ey su.

Gülün suya olan sevgisi

Vaxt keçdikə artıq su da içində bir şeylər hiss etməyə başlayar gülə qarşı,zənn edər ki çiçəyə aşiqdir amma oda ilk dəfə aşiq olar.Günlər,aylar ötər və çiçək:"görəsən su məni sevir"? deyə düşünməyə başlayar,çünki su çoxda marağlanmaz çiçəklə.halbuki çiçək alışqın deyil belə bir sevgiyə və dayana bilməz suya "səni sevirəm" deyər.Suda "mən də səni sevirəm" qarşılığını verər.

Gülün suya olan sevgisi

Aradan biraz vaxt keçər və çiçək yenə də suya səni sevirəm deyər,su yenə mən də deyə cavab verər.çiçək çox səbirlidir bir müddət gözıəyər.artıq çiçək ətrafına qoxu belə verə bilməz hala gələr və suya son dəfə səni sevirəm deyər suda dedim axı mən də.gün gələr çiçək yatağlara düşər xəstələnmişdi artıq rəngi solmuş ləçəkləri saralmışdı.su da başının üstündə dayanır bütün günü kömək etsin deyə sevdiyinə.

Gülün suya olan sevgisi

çiçək artıq öləcəyini anlamışdı və son dəfə çətinliklə başını qaldırıb suya mən səni həqiqətən sevdim.su son çarəyi həkim çağırmaqda görər.həkim gələr və mualicə edər çiçəyi və belə deyər:"xəstənin halı ümidsizdir artıq əlimizdən bir şey gəlməz".su həkimə yaxınlaşıb çiçəyin xəstəliyin soruşar. həkim baxar suya deyər ki çiçəyin heçbir xəstəliyi yoxdu bu çiçək sadəcə susuz qalıb susuzluğdan bu hala düşüb.və anlamışdı artıq SU sevgiliyə sadəcə SEVİRƏM demək bəs etməməkdədir...

Fikirləriniz....