www.nice.az > Sevgi Aləmi > Nifrətə doğru addımlarkən...

Nifrətə doğru addımlarkən...


28 may 2010. Müəllif: Ancelas
Nifrətə doğru addımlarkən...



Nifrətə doğru addımlarkən...



Əlvida kəlməsin söyləyib mənə
Sən bitəcəkmi bu sevda sandın
Xətt çəkib o keçən gözəl günləri
Sən çox rahat mı unudacaqdın?


Nifrətə doğru addımlarkən...


Of. Bu sözün bilirsən nəydi mənimçün
Möhtacdım inanki qısa kəlmənə
Bil, hər dəfəsində eşitmək üçün
Mən səni sevirəm söylədim yenə



Nifrətə doğru addımlarkən...


Əllərin titrədi sənin o zaman
Saçınla oynamaq istədin nəsə
Dizlərin üşüdü deyəsən o an
Min yol toqquşdular verib səs-səsə


Nifrətə doğru addımlarkən...


Bitdi mi söylədin durub üzümə
Sən buna əminsən? Zənnimcə xeyir
Söylərkən baxsaydın gözüm içinə
Onda düşünərdim zarafat deyil



Nifrətə doğru addımlarkən...


Mən sənə hər dildə sevirəm dedim
Sözdən nəğmələrə calandım o gün
Mən çox söylədim amma əfsus ki
Dilini heç cürə tapmadım o gün


Nifrətə doğru addımlarkən...


Düşün. Düşündükcə xatırla məni
Gözlərim gözündən getməsin sənin
Mən səni sevmişəm.Bilki sən qədər
Mən hələ sevmədim başqa kimsəni


Nifrətə doğru addımlarkən...


Zəng etdim zəngimə vermədin cavab
Cəsarət yetmədi? Bəs nədi gülüm?
Yoxsa ağlayirdin zəng edən zaman
Bu da yox? Bəs nədir? De mən də bilim



Nifrətə doğru addımlarkən...


Mən mənəm. Bilirsən bunu
Həqiqət sözümün hər birindədi
Qoy hamı eşitsin utanmıram heç
Adın bu kiçicik ürəyimdədi...



Nifrətə doğru addımlarkən...