www.nice.az > Sevgi Aləmi > İki gəncin həyat hekayəsi
İki gəncin həyat hekayəsi7 dekabr 2010. Müəllif: Ancelas |
![]() Bu nə başlanğıcdır,nə də son deyil. Mən gedəcəyəm sənə demişdim, Sənsə inanmayıb,bəsdi demişdin. Bir gün çatdı zaman sənə zəng etdim. Artıq vaxt yetişib gedirik dedim Bilmirəm inandın ya inanmadın, Nə hisslər kecirdin bilmirəm onda. Mənsə bir ayrıliq acısı çəkdim. Elə bil qırıldı hər arzum əhdim Çarəsiz bir yolun yolçusu oldum Özümə bir xəyal yuvasi qurdum Nəhayət biz çatdıq hava limanına Mən boylandım o yana,bu yana. Qara eynək geydim nəmli gözlərimə, Hicran xofu çokdü mənim üzərimə. Istədim ki,bunu həç kim hiss etməsin, Mənim kədərimi heç kimsə görməsin. **** Uzaqda durdugunu gördüm, Nələr çəkdiyini bildim. Nə sən mənə yaxınlaşdın, Nə mən sənə yaxınlaşdım. Nə sən mənlə sağollasdın, Nə mən sənlə sağollaşdım Çox qəribə bir ayrılıq. **** Inanmaya-inanmaya biz ayrıldıq. Taleh məni çox uzaqlara apardı Təyyarə məni yerdən qopardı Yerdə urəyim,yərdə canım qaldı, Yerdə uşağlığım,arzularım qaldı. İlk sevgim,ilk məhəbbətim qaldı. Yarımçıq azularım,saysız istəklerim qaldı. Mən getdim aramızda məsafələr uzandı, Zaman tərsinə işlədi,qismətsə Allah yazandı. **** Mən ağladım için-için, Görünməsin göz yaşlarım, Ürəyimə axdıgı üçün Bircə anam bunu bildi yanımda olduğu üçün. **** Bu bir qəmli hekayətdir, Demirəm ki,rəvayətdir. Çünki olmuş bir hadisə,həqiqətdir. Taleh bizi sınaqlara çəkir yaman, İmtahanlar eyləyərək vermir aman. Yəqin bu da bir qismətdir Öz işini görür zaman **** Əhdimə sədaqət yaşadır məni, Aylarla,illərlə gözlədim səni. Bilirəm sevməyəcəm daha kimseni Gənclik illərində sevdiyim kimi. **** Bir qanun tək qəbul etdim bunu mən Daha bir kimsəyə baxmamalıyam. Ananiı Leyliyə nəsihəti tək Su kimi hər tərəfə axmamalıyam **** Çoxları inamsız yanaşdı buna, Bu da zəmanədən irəli gəldi Qurunun oduna yaşlar da yandı Belə insanlara yaziğim gəldi. **** Yazıq o kəslərə əhdini dana, Yazıq o kəslərə vara aldana, Yazıq o kəslərə şöhrətə şana, Əbədi baxaraq ortada qala! |