www.nice.az > Sevgi Aləmi > Evliliyin ən xoşbəxt anı

Evliliyin ən xoşbəxt anı


8 mart 2010. Müəllif: krik
Evliliyin ən xoşbəxt anı

Alimlər mükəmməl evliliyin sirrini tapa bilib. Sən demə, əgər bir cütlük uzunmüddətli və sağlam ailə həyatı arzu edirsə, gəlin bəydən mütləq 5 yaş kiçik olmalıdır. Mütəxəssislər kişiləri təəccübləndirəcək daha bir sirri ortaya atıb. Belə ki, mükəmməl evlilik üçün lazım olan şərtlərdən biri gəlinin bəydən daha ağıllı olmasıdır. Bu nəticələr 19-75 yaş arasında olan 1074 cütlük üzərində aparılan təcrübədən sonra əldə edilib. Mütəxəssislər bu formulla başlanan nikahların ömrünün ən azı 5 dəfə uzandığını iddia edir.

Araşdırmaya görə, boşanmış insanla evlənmək xoşbəxt olmaq şansını azaldır. Tədqiqata rəhbərlik edən Nguyen Vi Cao bildirib ki, əgər insanlar özlərinə həyat yoldaşı seçərkən, bu formulu nəzərə alsalar, uzunmüddətli və xoşbəxt evlilik şansları 20 faiz artır.

Aparılan başqa bir araşdırmaya görə, evli cütlüklərin ən xoşbəxt olduqları an nikahdan 2 il, 11 ay, 8 gün sonra yaşanır. Üç ildən az bir müddətdə cütlüklər bir-birinin pis vərdişlərinə öyrəşir və gələcəklərini daha yaxşı planlaşdırmağa başlayırlar.


Evliliyin ən xoşbəxt anı