www.nice.az > Sevgi Aləmi > Pəncərəmə gələn qonaq
Pəncərəmə gələn qonaq10 mart 2010. Müəllif: Gulush_bdu |
![]() Pəncərəmə yağış qonaq gəldi bu gecə. Döydü açmadım. Bir də döydü,döydü,döydü... Mən isə baxırdım. Nə açırdım pəncərəni,nə də ki,önündən uzaqlaşırdım. Elə bil ki,kimdənsə qaçmışdı,gizlənmək istəyirdi. Tez-tez dönüb ətrafa göz gəzdirir və təkrar-təkrar pəncərəmi döyürdü. Mənə elə gəlirdi ki,o deyir: - Aç,nə olar,imdad elə,məni qovurlar,aç ,yalvarıram. Sakitcə baxırdım. Niyə açmırdım? Heç özüm də özümü anlaya bilmirdim. Elə bil hansısa qeyri–adi bir qüvvə qəlbimdə mənə deyirdi: - Açma,qoy yalvarsın,ağlasın. Onsuz da gedəsi yeri yoxdur onun bu gecə. Heç nə qəbul etməyəcək bu gecə yağışı. Nə torpaq,nə külək,nə bulud,nə də göy. Bu gün kimsəsizdir yağış. Dinləyirdim bu səsi. Dinlədikcə elə bil əlimə fürsət düşmüşdü,bir az hardasa elə bil sevindirirdi bu inilti məni. İntiqam alan adamlar kimi qürur hiss olunurdu görünüşümdə. Hətta gözləyirdim ki,yağışı qovan nə idisə onu görüm. Görüm ki,necə yaxınlaşır və necə məhv edir yağışı. Yağış döyürdü pəncərəmi dayanmadan. Mən isə nə açırdım,nə də ki,gözündən qaçırdım. Axı bir vaxtlarmı deyim,ya bir gecəmi deyim,mən də beləcə kimsəsiz qalmışdım. O gecə yağışa təkcə pəncərəmi açmamışdım. O gecə yağış üz-gözümə yağırdı,başıma-başıma döyürdü. Yeriyirdim,ayaqlarıma dolaşırdı yıxmaq üçün. Məni tək-tənha qoyub kimsəsiz edənə yardım edirdi o gecə,həmən bu gecəki yağış. Mən də o gecə çox yalvarmışdım yağışa. Pəncərəmi döyürdü yağış,mən isə baxırdım. Ona yardım etməyəcəyimi anlayanda üzünü söykəyib pəncərəmə yanıqlı-yanıqlı ağlamağa başladı. Mən o gecə ağladığım kimi. Ağladıqca axıb heçliyə qovuşurdu. Amma mən heçliyə getmədim. Yavaş-yavaş ucaldım... |