www.nice.az > Sevgi Aləmi > Yaşamağa dəyər...)))

Yaşamağa dəyər...)))


9 mart 2010. Müəllif: Gulush_bdu
Yaşamağa dəyər...)))



Ey insan! Dan yerinin söküldüyünü son dəfə nə vaxt görmüsən?
İlıq şəfəqlərin vücuduna yayıldığını son dəfə nə vaxt hiss etmisən?
Əslində biz hər günün qeyri-adi bir gün olduğunu dərk etmədən, laqeyidcəsinə keçib gedirik bu həyatdan. Halbuki insan başdan-başa həyatdır və həyatda yerini doldurmaq mümkün olmayan yeganəşey ölümdür. Hər şeyə çarə tapmaq olar.
Ancaq nə qədər vaxta kimi üzümüzdən bulud əskik olmayacaq?

Nə vaxta qədər özümüzə vaxt ayıra bilməyəcəyik?
Nə vaxta qədər sevdiyimiz gülü başqasından gözləyəcəyik?
Nə üçün o gülü özümüz almayaq?
Nə üçün acizliyimizə son qoyub, təbiətin oyanışına şahid olmayaq?
Ey insan! Unutma ki, bu həyatı gözəlləşdirən də, çirkinləşdirən də sənsən.

Bunun üçün başqalarını günahlandırma. Hər səhər ciyərlərinə �bir qucaq təbəssüm� doldur və bütün günü ətrafına təbəssüm saç. Həyata səssiz gəlib, səssiz getmə.
Unutma ki, necə yaşamaq sənin əlindədir. Nə olursa olsun, tanıdın və ya tanımadın, heç kimdən təbəssümünü əsirgəmə...
Bəli bu gün qeyri � adi bir gündür və bu gün də yaşamağa dəyər
.