www.nice.az > Sevgi Aləmi > Sən elə bilirdin ki,mən görmürəm
Sən elə bilirdin ki,mən görmürəm15 fevral 2010. Müəllif: krik |
![]() Sən elə bilirdin ki,mən görmürəm... Amma mən görürdüm sən mənim yazdıqlarımı oxuyursan Və yenə də yazmaq istəyirdim! Sən elə bilirdin ki,mən görmürəm... Amma mən görürdüm ki,sən sahibsiz pişiyi necə yedizdirirsən Və mən də fikirləşirdim ki,heyvanlara qayğı göstərmək lazımdır! Sən elə bilirdin ki mən görmürəm... Amma mən görürdüm ki,sən mənim sevdiyim musiqiyə qulaq asırsan Və başa düşürdüm ki,hətta ən az şey də sənin xüsusi biri olduğuna sübutdur! Sən elə bilirdin mən görmürəm... Amma mən görürdüm sən mənim üçün Allaha dua edirsən Və inamım artırdı,bilirdim ki,bizə hər zaman kömək olacaq inamlar var! Sən elə bilirdin ki,mən görmürəm... Amma mən görürdüm ki,sən səssizcə ağlayırsan,göz yaşları süzülürdü yanaqlarından Və başa düşürdüm ki,bəzən çox ağrılı olur və ağlamaq normal haldır! Sən elə bilirdin ki mən görmürəm... Amma mən görürdüm ki,hər gecə yatmazdan əvvəl hiss etdirmədən məni öpürsən Və sevimli olduğumu hiss edirdim! Sən elə bilirdin ki,mən görmürəm... Amma mən görürdüm !!! Və indi sənə etdiyin hər şey üçün minnətdaram...mənim görmədiyimi fikirləşib etdiklərin üçün. Bizim kiminsə baxdığı halda etdiyimiz hərəkətlər çoxdur,kiminsə diqqətini cəlb etmək üçün,ya kiməsə özümüzü göstərmək üçün etdiklərimiz də çoxdur. Amma ən gözəli heç kimin görmədiyi halda etdiyimiz yaxşı hərəkətlərdir. |