www.nice.az > Sevgi Aləmi > Səninlə sənsizlik [şeir]

Səninlə sənsizlik [şeir]


11 avqust 2013. Müəllif: _GuNkA_
Səninlə sənsizlik [şeir]

Səninlə olanda vur məni sındır,
Sənsiz uzanıbdır əlim yoluna.
Səninlə yolların sonu yaxındır,
Sənsiz çox yaxınam ölüm yoluna.

Səninlə gündüzlər bir an tək, qısa,
Sənsiz gecələri ulduz sayıram.
Sənsiz ürəyimi ağrı tutmasa,
Sənlini, sənsizi, çətin ayıram.

Sənsiz qollarımı qucaqlayıram,
Səninlə əllərim sözümə baxmır.
Səninlə günləri varaqlayıram,
Sənsiz sənsizliyin məni buraxmır.

Səninlə dünyaya gəlməmişəm mən,
Sənsiz bu dünyadan getsəm, dərd budur.
Səninlə bir olmaq fikrində ikən,
Sənsizlik yetişib əlimdən tutur.