www.nice.az > Sevgi Aləmi > Birdənəm...

Birdənəm...


7 iyul 2013. Müəllif: SiMPLe_GiRL
Birdənəm...

Mənə bir şeylər yaz birdənəm.. Ruhumun qəlbinə toxunduğu cümlələr istəyirəm. Hər cümləndə özümü görmək istəyirəm. Mənim hər sözümdə sən olduğun kimi.

Sevgimizmi deməliyəm? - Yoxsa adı belə qoyulmamış birlikdəlikmi? BİTDİ! Amma nolar yaşadıqlarımızı yaz mənə. Mənə məndən danış. Mənə xəyanətdən danış. Ama elə dildə danış ki, qəlbimdə anlasın sevginin puç olduğunu. Deyəsən istədiyin oldu. Vaz keçmək lazım idi səndə vaz keçdin. Ama belə ayrılıq heç birimizin ağlında yox idi. Biz bir-birimizə gülərək ayrılacaqdıq. Mən səni uzaqlara, aid olduğun dünyaya göndərəcəkdim və bütün ömrüm sənin gəlişini gözləmklə keçəcəkdi. Səssiz və solğun baxışlarla gözləyəcəkdim səni.

Mənə bir şeylər yaz birdənəm. Elə yaz ki, məndə anlaya bilim gedişini. Ama aramızda olanlardan danışma. Yalan olduğunu demə, qoy sızlamasın qəlbim. Hisslərim parça-parça olmasın. İnan mənə birdənəm məndə gedişini qəbul etməliyəm. Nədən belə olduğunu məndə anlamalıyam. Ama heç bir şey səni itirməyimə səbəb ola bilməzdi məncə. Nə olar mənə bir şeylər yaz Birdənəm...!