www.nice.az > Sevgi Aləmi > Məni sənsiz qoyma

Məni sənsiz qoyma


2 avqust 2013. Müəllif: şems
Məni sənsiz qoyma

Elə hey getməkmi istiyirsən? Yaxşı gedək ama bərabər gedək, sən tək getmə. Kimsənin olmadığı, bizi heçkimin tanımadığı yerlərə gedək, uzaqlara çox uzaqlara.. Ürəyimizə qulaq asaq, o haranı istəsə ora gedək. Mən tək qalıbda özünlə bütün həyatımı necə apardığını izləmək istəmirəm. Bütün duyğularımı, düşüncələrimi, qəlbimi qısacası hərşeyimi alıb getməyini istəmirəm. Sənin qoxunla yatmaq əvəzinə ağlayaraq keçirtmək istəmirəm bütün gecələrimi. Məni yuxusuz gecələrə məhbus etməyini istəmirəm. Sənin gözlərində doğmalıdı günəş səhərlərimə. Hərgün yenidən bu dünyaya gələcəkmişəm kimi yatmalıyam yanında. Mə sən olmadan heçnə edə bilmərəm bilirsən. Əllərin olmasa bu həyata tutuna bilmərəm. Gerçəkləşməsini istədiyimiz o qədər xəyallarımız varkən gedə bilməzsən. Bizim xəyallarımıza başqasını qoya bilmərəm Yaraşmaz, başqası sənin yerinə yaraşmaz.