www.nice.az > Sevgi Aləmi > Gəl söhbət edək...
Gəl söhbət edək...9 iyul 2013. Müəllif: Menekşe |
![]() Salam sevgilim biraz otur burda, dinlə nələrdən danışacam sənə: Şey bir oğlumuz olsun... Yəni gül kimi iy gəlsin. Yuxumuzu qacırsın həmişə bərəbər yatızdırmağa çalışaq onu. Sən yorulma deyə alıb mən sallıyım qucaqımda. Onu yatızdırım deyərkən özüm yatım. Təbəssümlə gəl ört üstümüzü sabah işə gecik məndə tələsik yola salım səni. Nə bilim axşamlar fərqli-fərqli gözəl şokaladlar gətir bizə.... Atam! desin qapı səsini eşidəndə. Sən gələndə qucaqlasın səni hanı mənim şokoladlarım desin Unutmuş kimi göstər özünü boynunu büksün. Ardından, səni qucaqlayım gül kimi iyini içimə çəkim.... Xoşbetlik təqvimimiz həmişə bunlardan ibarət olsun. İlk dişi çıxdığında evə bayram havası verək. İməkləməyə başladığında bir əyləncə düzənləyək aramızda. Və neylək ilk ana deməsin ilk ata desin səndən daha çox sevinərəm sənə bildirmədən. Qucaqlayalım oğlumuzu hər şeyimiz o olsun. yenə axşam olsun yatızdır oğlumuzu gəl yanıma Baxım sənə yuxu tutsun. Tam yatmışkən bir ağlayış səsi təkrar oyandırsin bizi... Hər kəs gülüşünü, yanaqlarını, gözlərini hər birşeyini sənə oxşatsa fexr eləsəm ikinizə baxıb, ona baxdıqca səni görsəm atasının oğlu desəm. Bəzən qısqansam sizi məni sevmədiyinzi düşünsəm, sən baxışlarımdan hər şeyi başa düşüb mənim qadınımsan deyib qucaqlasan məni. Oğlum həmişə belə görsə bizi və onu alsaq aramıza eləcə yatsaq... O böyüdükcə bizdə böyüsək onunla... |