www.nice.az > Sevgi Aləmi > Bəxtimizin ulduzu [şeir]
Bəxtimizin ulduzu [şeir]20 noyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Aldin məni məndən, Apardın yenə xəyal dünyama. Sənsiz səssizliklərlə avunurkən Yenə bu qəribi, bəxtiyar etdin. Gecəmin qaranlığını o ay üzünlə işıqlandırdın. Mənim üçün nə gecələrdə ulduzlar, nə ay. Mənim gecələrimdə sən varsan. Bütün ürəyimizlə aşiq olduq, Ciyərlərimizlə sevdik, Bütün hücrələrimizlə sevda'landıq. Bəxtimizin ulduzu, Qədərimizin ulduzu deyib, Bu sevda yolunda yelkən açdıq. Ağrılarımızla, hüznlərimizlə, sevinclərimizlə, doldurduq yelkənimizi. Sonumu? Sonunu düşünmürük ki, Yolun sonunu Başlanğıcda çəkdim, Biz ölənədək sevdalı qalacağıq ... |