www.nice.az > Sevgi Aləmi > Qarşılıq gözləmədən sevən bir ürək
Qarşılıq gözləmədən sevən bir ürək29 oktyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Həmişə sıxıldım sevək-sevilək təranəsindən. Sanki o qədər asanmış kimi, o qədər hamar, o qədər şipşak olan bir şeymiş kimi sevmək. Elə deyil işdə. Birini içinə alar, ona orada yer açmaq, gövdəni, həyatı dümdüz yenidən təşkil edən, kəsib biçən bir şey. Haydı bunu bacardın deyək. Ya o gedincə? Onun üçün o qədər zəhmətlə açdığın yerdəki boşluğa kim nə edəcək? Arxanı dönüb getməyini Təqlid edən səslər də vardı gecənin içində Elə dırnaqlarını ürəyimə keçirən vəhşi bir heyvan Elə üzərimə aşan bir uçqun, Elə sevdiklərimin payına düşən bir qırğın kimi. Sənə yönələr bədənim, hüceyrələrim... Bir addım atsam, Parçalanacağam sanıram.. Əllərim soyuq Ayaqlarım buz kimi. Sevmək üşüməkmiş, bilmədim... Çox şey istəmirəm səndən həyat; Sadəcə gerçək sevgi... Sadəcə gerçək toxunan əl... Sadəcə gerçək baxan bir cüt göz... Sadəcə xəyanətsiz və yalansız bir sevgi... Sadəcə məni, mən olduğum üçün sevən bir ürək... Sadəcə qarşılıq gözləmədən sevən bir ürək... Sadəcə biraz sevgi istəyərəm, sadəcə bir az dəyər... Yalanın olmadığı, insanların aldadılmadığı bir dünya... Sadəcə sevgiylə dolu ürəklər axtarırıq, nifrətdən təmizlənmiş, kindən uzaqlaşmış sevgilər... |