www.nice.az > Sevgi Aləmi > Kədər, həsrət, əzab, sevgi...
Kədər, həsrət, əzab, sevgi...8 oktyabr 2012. Müəllif: Menekşe |
![]() Kədər...başa düşürsən ki vaxtdır...amma heç nə edə bilmirsən. Kədər...ona toxunmaq istəyi o qədər güclüdür ki...amma başa düşürsən ki olmaz. Kədər...o sənə o qədər dərd və əzab verir ki...amma başa düşürsən ki istəmədən edir bunu. Kədər...sakitlik və tənhalıq...yalnız sənin haqda düşüncələr. Kədər...arzuların çoxdur...amma gələcəyi yoxdur Kədər...hamı deyir ki, hər şey yaxşı olacaq..amma sən bilirsən ki bunlar yalnız sözlərdir. Kədər...tək qalmaq istəmirsən...amma bölüşmək istədiyin kimsə yoxdur. Kədər...sən elə tək qalmaq istəyirsən ki...amma buna imkan vermirlər. Kədər...mənim yol yoldaşım! Həsrət...sakitlik istəyirsən,təkcə onu xatırlamaq üçün Həsrət...dincəlmək istəyirsən,onunla olan fikirlərinə aydınlıq gətirmək üçün. Həsrət...hər şeyi başa düşürsən,amma heç nə edə bilmirsəm. Həsrət...hələ bilmirsən ki,bu nə qədər davam edəcək Həsrət...onu tanımayanlar sənə ondan danışır. Həsrət...mənim tənhalıq sirdaşım! Əzab...başa düşürsən ki,öz səhvlərində özün günahkarsan Əzab...başa düşürsən ki,heç nəyi düzəltmək mümkün deyil Əzab...artıq nəyisə dəyişməyə gücün də qalmayıb Əzab...başa düşürsən ki,sənə əziz olan və dəyərli olanı itirirsən Əzab...duyğuların müdrikliyi! Sevgi...elə bilirsən onun haqda yazmaq asandır? Hər zaman ilk ahdan,ilk baxışdan,ilk notlardan...həmişə. Bax bu qədər asan,əslində isə necə də əlçatmaz... |