www.nice.az > Sevgi Aləmi > Mələyim...
Mələyim...3 oktyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Mən sənin müvəffəqiyyətlərinlə deyil, səninlə və ürəyindəkilərlə maraqlanıram.!!! Sən həqiqətən nə istəyirsənsə, mən də həqiqətən onu istəyirəm.. Mənim xoşbəxtliyin sənin asılı olmağında deyil, daim xoşbəxt olmağındadır.. Bunu heç vaxt unutma... Bəzən bir baxışın fırtınalar qoparar ürəyimdə.. Bəzən yalnızlığın ayaq səsləri eşidilər.. Bəzən isti bir təbəssüm xatırlanar keçmişdən.. Bəzən də ürəyə axan gözyaşları sel olub daşar.. Sakit və səssiz bir liman kimidir gecə halbuki və ona sığınmağımıza imkan yaradar, amma yenə də nə qədər qaçmaq olar olanlardan və özümdən.. Nə qədər saxlaya bilərəm içimdə, sənə demək istədiklərimi... Arxamdan gələrək incitməzmi, hər dəfəsində peşmanlıq hissi yaşatmazmı, keçmişin acı xatirələri və itirdiklərim... Və həyat əldən verilməyəcək qədər dəyərlidir, çünki bir dəfə yaxalayırıq onu və necə yaşayacağımıza biz qərar veririk... Hər nə qədər fərqli təqdim edilsə də insanlara... Və mən, nə qədər uzaqda olursan ol, tək bir yolu seçirəm, sənin getdiyin və səninlə gedə biləcəyim o yolu.. Mələyimsən, bunu heç bir zaman unutma.. Və bu söz yalnız sənədir... |