www.nice.az > Sevgi Aləmi > Könül Çiçəyim...
Könül Çiçəyim...29 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Könül Çiçəyim... Yenə gözü yaşlısan, yenə ağlayırsan! Gül iy verməyən bir ürək görəndə, damlalarını yollayırsan könüllərə. Həmişə ağlayırsan, sevgidirsə sevgi, həsrətdirsə həsrət, hüzndürsə hüzn. Buludlarında nə varsa, yağış edər, təqdim edərsən bahara. Yaxşı ki, ağlayırsan könül çiçəyim. Çiçəklərin ümid qoxusu verər. Baharı belə ümidləndirdin, qəm sənə yaraşmaz. Qəm bizim işimiz, hüzn bizim işimiz. Yaxşı ki ağladın könül çiçəyim. Sən açmasaydın, sən ağlığını damla-damla salmasaydın qara qışın hökm sürdüyü buzdan ürəklərə, hansı ağac meyvəni ümid edərək çiçəklərini salardı qara qışın bağrına? Hansı çiçək günəşli günləri ümid edərək tumurcuğunu tərk edərdi? Hansı ağ kəpənək, soyuqdan birləşdirdiyi titrək qanadlarını səmaya açaraq qanadlanardı? Yaxşı ki ağladın könül çiçəyim, sən damlamasaydın, novruzgülülər nazlı çiçəklərini açardımı ağ qarda? Kim ağlığın yalnız qarla deyil, çiçəklərdə də ola biləcəyini düşünə bilərdi? Sən də açmasaydın, quru buludların arxasındakı mavi səmaya həsrət qalar, yaşıllaşmazdı budaqlarda. Bəlkə hüzn sovrulardı yalnız ağacların quru budaqlarında özüylə qarışıq. Bəlkə yağış nədir bilməzdi. Halbuki sən haəmişə gülü sovurdun səmaya, həmişə gülü iylətdin küləklərə. Sən bilərsən ki; "Bir çiçək ölmədən, meyvə dirilməz!". Adın baharla birlikdə xatırlanır könül çiçəyim. Küləklərlə qara sovrulan hər yarpağın, qara baharı xatırlatdı. Çiçəklərin isti gözyaşları idi çünki. Gözyaşları yağışı, yağış baharı xatırlatdı sonra. İndi bildim, sürgünlərin, həsrətlərin, hüznlərin niyə sənin dostun olduğunu. Sən gülü damladın qara qışın küləklərinə. Gülü saçlarına taxıb gedən küləklər, gözyaşlarını da daşıdı yeddi iqlimə. İndi anladım; "gül sevginin özüdür". Həsrətlər, hüznlər, ayrılıqlar gülün qoxusudur çünki. Sən gül qoxusu verirsən çünki. |