www.nice.az > Sevgi Aləmi > Körpəm Olmasaydın Əgər! [1 hissə]

Körpəm Olmasaydın Əgər! [1 hissə]


29 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Körpəm Olmasaydın Əgər! [1 hissə]

Gecələri oyanmadan yatacaq, amma hər oyananda səni öpmək hissini dada bilməyəcəkdim.

İstədiyim hər axşam, kinoya, restorana, sahildə gəzməyə gedə biləcəkdim amma "ana mən də gəlim" deyə qıçlarıma yapışan kiçik əllərinin istiliyi istilətməyəcəkdi ürəyimi...

Yeni boyanmış divarlarımda qələm izi və yemək izi olmayacaqdı, amma mən silərkən "ana, sən çox yaxşısan" deyən səsini eşitməyəcəkdi qulaqlarım...
"'kədərlənmə, mən səni çox sevirəm" deyə məni qucaqlamayacaqdın...

Bəlkə başım daha az ağrıyacaq, daha az yorğun olacaqdım, amma divana uzanıb kiçik əllərinlə etdiyin o toxunuşların təsiriylə dirilə bilməyəcəkdim...

Özümə ayıracaq pulum daha çox olacaqdı, amma sənin sous qabında yığdığın xarab pulları birlikdə sayıb sevinc səsləri eşitməyəcəkdik...


Bir övlad sahibi olmağın nə demək olduğunu əsla öyrənə bilməyəcəkdim...

Hər gecə mənə sarılan kiçik qollarını, burnumun üstünə yerləşdirdiyin o fındıq burnunu hiss etməyəcəkdim...

Yanvar ayları bu qədər isti olmayacaqdı...

Xəstəxana otağında, bələkdə balaca şirinimlə ilə çəkilmiş şəkil olmayacaqdı....

Avtobusa minəndə heç kim yer verməyəcəkdi...

Avtomobilimə hər dəfə minəndə "sənə böyük bir avtomobil alacağam" deyən olmayacaqdı...

Hər geyinəndə heyran gözlərlə baxıb, "tam istədiyim kimi, gözəl olmusan" deyən tərifinlə coşa bilməyəcəkdim...

Hər gecə bezmədən baxdığın toy şəkillərimə bəlkə ildə bir dəfə baxacaqdım...

Pomadalarımı, ətirlərimi və göz qələmlərimi illər boyu istifadə edəcəkdim..

Eyni cinsin rəqabətinin nə demək olduğunu anlamayacaqdım...

Uşaqlarla və valideynlərlə münasibət qura bilməyin bu cür asan olduğunu anlamayacaqdım...


Əlim sənin əlində gəzərkən sahil kənarında, dalğa səslərinin bizə mahnılar zümzümə etdiyini eşidə bilməyəcəkdim...

Anamı bu qədər sevdiyimi anlamayacaqdım...

Analıq duyğusu ilə bəzənə bilməyəcəkdim...