www.nice.az > Sevgi Aləmi > Get..

Get..


28 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Get..

Sus ! Ağrıtma daha çox sənin üçün çarpan ürəyimi..
Bir söz daha eşitmək istəmirəm.
Yalanlarını içində tut !
Ağızında islansınlar..
Get ! Uzaqlaş məndən !
Bir dəfə daha görmək istəmirəm..
Gözlərindəki özgəni..
Baxışlarına yüklədiyin yalançılığı..
Çıx ! Açdım sonuna qədər ürəyimin qapısını . .
Geri gəlməmək üzrə bağla o qapını !

Bağla dedimsə də..
Çırpmadan... səssizcə...
Bir dəfə daha çırpılmasını istəmirəm..
Sənin üzündən..
Dayan ! Son bir şey istəyirəm səndən..
Unutmamanı...
Bir gün qarşılaşdığımızda özgəymiş kimi davranmamanı..
Gözlərinə dəyərsə gözlərim, bağışla..
Göz alışqanlığı..
Eşit ! Eşitməməzlikdən gəlmə sözlərimi..
Hər vaxt etdiyindən imtina et bir səfərlik !
Çoxmu şey istəyirəm..
Buyur, gedə bilərsən !Tutmayım səni..
Getdiyini gözlətmə..
Hirslənməsin sənə..
Xoşbəxt etsin sizi Yaradan..
Bit ! Xilas olum mən də bu yaradan..
Yolun açıq olsun..
Əskik qalsın əlvidan...''