www.nice.az > Sevgi Aləmi > Əks olunmuş həyat...
Əks olunmuş həyat...15 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Hər şey üstünə gəlib, səni dözə bilməyəcəyin bir nöqtəyə gətirdiyində, əsla imtina etmə! Çünki ora gedişatın dəyişəcəyi yerdir.. ------------------------ Çox əhəmiyyətsiz hesab edirəm saxta insanları, yalnız gülürəm içimdən. Ətrafımdakı insanlardan deyil, İnsan kimi görünən varlıqlar üzündən.. ------------------------ Yalnız yağış yağdığında sevirəm bu şəhərin insanlarını; Hər kəsin üzü yaş, başları əyik, hər kəs mənim həmişə olduğum kimi. ------------------------ Fərqindəyəm məndə həyatımdakı saxta varlıqların. İstəsəm təmizləməsinidə bilərəm. Amma bu qədər saxtalığın səmimiyyətimə ehtiyacı var.. ------------------------ Qadın olmaq boyayla makiyajla gözəlləşmək deyil..İç gözəlliyini, imanını, dürüstlüyünü ortaya qoya bilməkdir. Hər kişidə bir parça buraxmaq deyil..Bir kişidə bütün ola bilməkdir.. ------------------------ İnsan ürəyi bir sandıqdır..Dodaqlar onun kilidi, dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər.. ------------------------ Bəzi insanların danışacaq qədər zəkaya, ya da susacaq qədər ədəbə sahib olmaması; həyatdan soyumam üçün kafi bir səbəbdir.. ------------------------ Axtarmaqdan imtina et, Çünki ürəyi təmiz kimsə yoxdur! Amma əgər güvən varsa bir qəlbdə, o qəlbdə sevgi də tapılar, dürüstlük də. ------------------------ Oyuncaq və insan ürəyi çox bənzər bir-birinə. Bəzən təmiri olmaz ikisinin də.. ------------------------ Torpaq kimi olmalısan.. Əzildikcə sərtləşməlisən! Səni əzənlər sənə möhtac qalmalı, həyatı səndə tapmalı.. |