www.nice.az > Sevgi Aləmi > Mən Belə Dünyanın Nəyindən Yazım.... [şeir]
Mən Belə Dünyanın Nəyindən Yazım.... [şeir]14 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Mən Belə Dünyanın Nəyindən Yazım? Bir damla sevinci çox gördü mənə, Simi köklənməmiş qırıldı sazım. Səadət, xoşbəxtlik vermədi mənə, Mən belə dünyanın nəyindən yazım? Hər an sevincimə kədərin qatdı, Niyə belə oldu bu alın yazım? Tanrım da elə bil nəzərdən atdı, Mən belə dünyanın nəyindən yazım? Bir kimsəm olmadı deyəm dərdimi, Dönübdü xəzana baharım, yazım. Qorxuram bu həsrət əyə qəddimi Mən belə dünyanın nəyindən yazım? |