www.nice.az > Sevgi Aləmi > Tam bir il oldu...
Tam bir il oldu...12 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Tam bir il oldu... Hələ içimdəsən... hələ gözlərin və gülüşün ağlımda... Ağılımdan bir an olsunda çıxmadılar.. Gecələri istiliyini hiss etdim.. Qaranlığımda sənə sarılıb yatdım.. Səni içimdə böyütdüm və səni kimsə bilmədi.. Sənin üçün güclü oldum.. Məndəki sən üçün, sevgimiz üçün.. Sən, bu gün mənə uzun zamandır olmadığın qədər yaxınkən sənə söyləmək istədiyim bir neçə şey var.... Bəzən əsəbiləşirəm, hirslənirəm sənə... Ağlayıram... Nə bu halımız bizim deyə? Nə bu yaşadığımız? Buna bir insan ürəyi daha nə qədər dözə bilər ki mən dözüm? Hara qədər?.. Ağrı çəkdim və hələ çəkirəm.. Nəyin əvəzini ödəyirəm deyə düşünürəm bəzən.. Bəlkə də səninlə yaşadığım xoşbəxtliyin əvəzi deyirəm.. Bax o zaman qəbul edirəm ağrımı.. Bax o zaman hər şeyə dəyər deyirəm öz özümə.. Səninlə olduğum hər dəqiqənin əvəzini ödəməyə razıyam deyirəm.. Yenə yağış yağır sevgilim.. 1 il əvvəl bu gün yağdığı kimi.. Və yenə bizim mahnımız çalınır.. Tək fərq sən məhrum.. Sənin istiliyin, yanındaykən hiss etdiyim xoşbəxtlik yox.. Həmişə deyirdim a "səni sənsizdə yaşayaram deyə".. Artıq yaşaya bilmirəm sevgilim... Və artıq bilirəm ki yaşanacaq bir şey də qalmadı.. Mənim üçün tək çarə səni unutmaq.. Ümidlərimi bir kənara atmaq.. Səninlə başladığım bu yola artıq sənsiz davam etmək.... Bu gecə son dəfə şəkillərinə baxıb ağlayıram.. Bu gecə son dəfə adını xatırlayıram, son dəfə səni sevdiyimi qışqırıram.. Bir daha səni görməməyə, sevgini ürəyimə basdırmağa andlar edirəm.. Tükənən ümidlərimə son nöqtəni qoyuram.. Gedirəm Mələyim... |