www.nice.az > Sevgi Aləmi > Nağılımız bitdi...
Nağılımız bitdi...11 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Balacaydım bu nağıla başlayanda... Oyunçu idim mən sənin oyununda... Sadəcə kənardan izləyə bilərdim... Üst mərtəbəyə heç bir zaman çatmamışdım onsuz da.. Üstümdə bir çox yük var,ağırlıq verir mənə anlamaq çətindi,bilirəm... Aynanın qarşısına keçib,bəzənib rolumu məşq eləyirəm.Hər şey dəqiq olmalıdı... Hər nə qədər görünməyəcəyimi bilsəm belə... Fərqli idi bu nağıl.Digərlərinə bənzəməyən anlar var idi... Fərqlilik qatırdı...Bildiyim çox şey var... Sənin göyüzündə uça bilmərəm qanadlarım qırılar dar gələr o göyüzü mənə,tək deyilik axı... Olmaq istədiyim yerdə başqası var... Düşərəm.Ayrılığa dözə bilmərəm... Bilirsən məni.Fərqli duyğuya malikəm... Etdiyin hər hərəkət mənə acı verər yağış mənə dolu görünər,ağırlıq verər,yük verər qollarıma... Nələr var söylənilməsi çətin olan... Yarısına gəlmişdik nağılın.Mənsə hələ də yox idim rol olaraq... Bəs o qədər hazırlıq,o qədər xəyal,arzu,ümid?! Hekayənin sonu oldu,amma mən yenə kadr arxasındaydım... İzləyirdim səni kənardan... Mən bir küncdə dərdimi paylaşırdım qələmimlə,kağızımla... "Xoşbəxt Son" idi səninçün... Mənsə içdən-içə ağlayırdım... Nağıl bitdi,qəhrəmanım! Mənsiz Nağılımız bitdi! |