www.nice.az > Sevgi Aləmi > Səni çox sevirəm...♡
Səni çox sevirəm...♡11 sentyabr 2012. Müəllif: MISSy♥ |
![]() Səmadan dənə-dənə düşən qar kimi günahsızdım sənin əllərində. Çöldə buz kimi soyuq varkən, səni gözləmək istədim hər vaxt bildiyim küncdə. Sənə qovuşmaq, səninlə olmaq və sənə sarılmaq, soyuqdan titrəyən bədənimi sənin istiliyinlə isitmək istədim.Səni sevmək səhrada ilğım görmək qədər gözəl, səni sevmək yenidən həyata başlamaq qədər gözəl, səni sevmək yaz kimi ilıq və eyni zamanda dinclik verici bir hava kimi gözəl. "Sən olmasan mən nə edərdim" desəm belə mən artıq sənsizəm, sənsizliyin qaranlıq və soyuq günlərini yaşayıram. Mən artıq sənsizəm, mən artıq təkəm, mən artıq çarəsizəm. Çünkü mən həyatımı, dünyamı və ən əhəmiyyətlisi "sevdiyimi" itirdim........ Səni hələ çox sevirəm....... |