www.nice.az > Sevgi Aləmi > Sevdinsə… [Şeir]

Sevdinsə… [Şeir]


8 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Sevdinsə… [Şeir]

Sevdinsə… Beş il, on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə,
Sevdinsə… "hər zülmə döz",- deyəcəksən.
Sevdinsə… Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.


Sevdinsə… qəm içib, dərd udacaqsan,
Onu unutmağı unudacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə… Günahın içində haqsan.
Onu unutmağa çalışsan, əgər.
Sən özün özünü unudacaqsan.


Sevdinsə… qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə… nə dünən, nə də bu günsən,
Sevdinsə… həmişə sən gələcəksən.
Sevdinsə… bir ömrün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan

Sevdinsə… [Şeir]