www.nice.az > Sevgi Aləmi > Yerinə qoyacaq heç bir şeyim yox...

Yerinə qoyacaq heç bir şeyim yox...


8 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Yerinə qoyacaq heç bir şeyim yox...

Xatırlayarsan :

Evimizin arxasındakı tarladan sənə çiçək topladığımda, yarısı əskik olardı yarpaqların.

Çünki mən daha yolda fal üçün yolardım yarpaqlarını çobanyastığının.

O zaman üzümə baxıb "Yenə kefin yoxdu?" deyə soruşardın .

Doğrusunu istəsən ...

O gün "Sevmir" çıxmışdı falım.

Çox keyfim qaçardı, çox.

Çünki ...

Yerinə qoyacaq heç bir şeyim yoxdu.

Kimi gecələr yuxum qaçdığında.

Köhnə günləri düşünərəm; bir kiçik gəmi.

Göyərtəsində sən.

Sən günəşin azlığından şikayət etməkdə yenə.

Doğrusunu istəsən:

Dayanıb başına, günəşi mən tutardım mən.

Bədənini qısqanardım, çox ...

Çünki ...

Yerinə qoyacaq heç bir şeyim yoxdu.

Bir mahnı var idi, arada bir dolanırdı dilimə.

Sənin üçün bəsdələdiyimi söylədiyim.

O zaman "niyə bu mahnının yarısı yoxdu" dediyin.

Doğrusunu istəsən ...

O əslində Talat Ər ilə Ayfer'in mahnısıdır

Mən bəstələmək istəyərdim, mən ...

Həm də çox.

Çünki ...

"Yerinə qoyacaq heç bir şeyim yoxdu ..."

Xatırlayarsan :

Bir yuxu görmüşdüm bir dəfə.

Dəniz sahilində, ağ köpüklər içində ayaqlarımız.

Əl ələ qaçmışdıq yuxumda ...

"Uğurdur" demişdin.

Doğrusunu istəsən ...

O yuxunu mən uydurmuşdum, mən.

Görülməmiş yuxunun uğuruna ehtiyacım var idi çox.

Çünki ...

Yerinə qoyacaq heç bir şeyim yoxdu.