www.nice.az > Sevgi Aləmi > ANA SEVGISI

ANA SEVGISI


29 avqust 2012. Müəllif: SiMPLe_GiRL
ANA SEVGISI

SƏN Dünyaya gəldin ilk sənə toxunan ANAN oldu!
SEN ağladın səni sevgisi, şəfqəti ilə səhərə kimi qoynunda saxlayan ANAN oldu!
SƏN acdın sənə öz canından süd verən səni doyuzduran ANAN oldu!
SƏN yatmadın səni yorulmadan, usanmadan oxşayan ANAN oldu!
SƏN xəstələndin, sənə bir şey olacaq deyə o qədər qorxdu ki, canını da sənə verməyə hazır olan ANAN oldu!


SƏNi əziyyətlə böyütdü, özü yemədi səni yedizdirdi, özü geyinmədi səni geyindirdi səni İnsan edən ANAN oldu!
SƏNI böyütdü məktəbə göndərdi, səni oxutdu, sənə qələm tutmağı öyrədən ANAN oldu!
SƏNIN sevincinə sevinib, kədərinə üzülən ANAN oldu!
SƏNI evlendirdi, sənə aile, səadət, xoşbəxtlik verən ANAN oldu!
Zaman keçdi yaşlandı ANAN kimsəyə lazım olmadı atıldı Qocalar evinə.
Yolunu gözlədi ona baş çəkmədin, halını sormadın, ona dərd verdin, kədər verdin
“Övladım hardadır, nə edir?”- düşünən ANAN oldu!
O səni ANA kimi sevdi- qəlbi ALLAH lütfü ilə dolu olan Mələk!


Sən nankor övlad çıxdın, ananı unutdun.
Ən dahi insanı, ən gözəl qadını, varlığı və dəyəri kəlimələrlə ölçülməyəcək qədər müqəddəs olan ANANI.
Sən onu sevmədin, dəyərin bilmədin artıq o yaşlanıb, onun sənə ehtiyacı var, sənin ona bir zaman ehtiyacın olduğu kimi.
O ANA sənin üçün hər şey etmişdir, sənə Həyat vermişdir, dünyada bütün gözəl varlıqları görə bilirsən, səsləri eşidən bilirsən, dadıni duya bilirsən, əlin-ayağın tutur, özünü idarə edə bilirsən sən müstəqil insansan.
AMMA UNUTMA BUNU ANANA BORCLUSAN.
ANANIZI UNUTMAYIN,UNUDULMAZDIR!


ANA unudulmazdır, əvəzolunmazdır.Ananızı sevin, o zaman xoşbəxt olacaqsınız.
Allah qatında ən böyük səvabdır ANAnı sevmək.
ALLAHın hər lütfü, mərhəməti ANASINI SEVƏN övladın üzərinə yağacaq!
Bu günün sabahı da var düşünün və siz sabahın ANAsi ola bilərsiniz!
Övladınız sizə bir zamanlar ANAniza etdiyini edəndə dünyadaki ən bəxtsiz ANA olduğunu düşünəcəksiniz.
ANA qədər sizə bağlı, ANA qədər sizə yanan ikinci şəxs tapa bilmərsiniz bu dünyada, nə qədərki gec deyil, əlinizdə şansınız var ANANIZI sevin, onu sevindirin.
Çünki ANALAR ƏN YAXŞILARA LAYİQDİR.
Bu mövzunu yazmaqla ANALARINA qarşı biganə olar övladların oxumasını istədim.
Oxuyun bəlkə bir nəticə çıxardarsınız.
Çünki zaman daralır.


Bütün ANALARIN qarşısında baş əyirəm. Cənnət ANALARIN ayağı altındadır.

P.S:Bu mənim ANA haqqında düşündüyüm öz şəxsi fikirlərim idi, bəs siz ANA anlamını necə anlayırsınız?