www.nice.az > Sevgi Aləmi > Sevgi şeirləri... [Şeir]
Sevgi şeirləri... [Şeir]3 avqust 2012. Müəllif: -SeVa- |
![]() Sevən deyiləm İlk sevgi qəlbimdə əbədi qaldı, Çılqın gəncliyimi əlimdən aldı. Qəlbim yarpaq tək soldu, saraldı inan əvvəlki tək sevən deyiləm. Həsrət Qərib bir gecədə səndən uzaqda, Küləylər həsrətli nəfəs kimidir, Sənsiz tənha qalmış sızlayan qılbim, Darıxır hər tərəf qəfəs kimidir, Dərdim var Gözlərim dikilib uzun bir yola, Kim deyər bu yolda kimim var mənim. Hamını güldürən sözüm-söhbətim, Özümü ağladan dərdim var mənim. Mən olmayanda Tənha bir otaqda tək qalacaqsan, Pəncərə önündə dayanacaqsan, Mən gələn yollara boylanacaqsan, Artıq bu dünyada mən olmayanda. Ürəyim Sevgilim sıxılma mənim sözümdən, Mən səni sevirəm düzünü deyim. Sevirəm sözünü sənin dilindən, Eşitmək istəyir mənim ürəyim. Türkaysız Yollara baxıram durub ahəstə Sənsizlik könlümü eyləyib xəstə Xanəndə oxuyur kəsmə-şikəstə Məndə xəyala dalmışam sənsiz. Qorxuram Çıxmazdın yadımdan bircə an belə, Sən idin qəlbimin toyu, düyünü. Ömrümün ən gözəl anı sanardım Səninlə üz-üzə gəldiyim günü. Vəfasız gözəl Qədrimi bilmədin vəfasız gözəl Hərdən xəyalında xatırla məni. Fikrindən ayrılıb dilxor olanda Qüssədən gözlərin yaşla dolanda Gəlin otağında sən tək olanda Sən öz otağında xatırla məni. Susan sevgi Yenədə rastlaşdı baxışlarımız Bu susan sevgini dilləndirsənə Axı nəyə lazım göz yaşlarımız Nə olar görüşək söylə sən mənə. |