www.nice.az > Sevgi Aləmi > Sevgiyə aid kəlamlar...
Sevgiyə aid kəlamlar...29 iyul 2012. Müəllif: SiMPLe_GiRL |
![]() 1. Sevgi hər zaman dünyaya həddən artıq dar baxış deməkdir. (F.Bekon) - 2. Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar. (H.Heyne) - 3. Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur. (P.Bruast) - 4. Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var. (A.Avqustin) - 5. Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir. (B.Dizraeli) - 6. Sevgidə yeganə qələbə qaçışdır. (N.Bonapart) - 7. Ağıl yaşda eşq eybə çevrilir. (O.Balzak) - 8. Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq. (V.Publiy) - 9. Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. (V.Hüqo) - 10. Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır. (B.Şou) - 11. İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq. (B.Dizraeli) - 12. Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər. (V.Hüqo) - 13. Hər bir sevgi əbədi olmaq istəyir. (E.M.Remark) - 14. Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı? (İ.V.Höte) - 15. Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur.! (F.Dzerjinskiy) - 16. Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun. (Volter) - 17. Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər. (V.Hüqo) - 18. Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır. (H.Senkeviç) - 19. Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır. (B.Şou) - 20. Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. (H.Heyne) - 21. Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır. (M.Qorkiy) |