www.nice.az > Sevgi Aləmi > Uzatsan əllərin çatmayacaqdır [şeir]
Uzatsan əllərin çatmayacaqdır [şeir]18 iyul 2012. Müəllif: Sinan.N |
![]() Uzatsan əllərin çatmayacaqdır Yadından çıxıbdır mənim sözlərim Amma sən olmusan mənim əzbərim Sevgi ilə gözünə baxan gözlərim Bir daha üzünə baxmayacaqdır. Uzatsan əllərin çatmayacaqdır. Çox şirin eşitdim sənin dilindən. Faydalar görmədim onun birindən. Əllərim tutacaqdı sənin əlindən. Vəfasız əllərin tutmayacaqdır. Uzatsan əllərin çatmayacaqdır. Bir zaman sənindim sənin əlində. Məni də itirdin günün birində. Mənim sevgim durub önündə. Daş olan qəlbini oxlayacaqdır. Uzatsan əllərin çatmayacaqdır. |