www.nice.az > Sevgi Aləmi > Elnur Ağazadə - Mənə gərək deyil artıq [şeir]
Elnur Ağazadə - Mənə gərək deyil artıq [şeir]13 iyul 2012. Müəllif: Süreyya |
![]() Elnur Ağazadə - Mənə gərək deyil artıq Xəyanətə qurban etdin gözlərini, Onlar mənim deyil artıq. Dodaqların toxunubdur yad dodaqlara, Mənə gərək deyil artıq. Qəlbində mənim yerim vardı Orda şahdım tacım vardı. Öz evimdə yurdum talan, İndi əğyar yuvasıdır, İndi əğyar əlindədir, Oyuncaqsan…anlamırsan Mən bir uşaq deyiləmki, Oyun mənlik deyil artıq. Peşimansan nəyə dəyər? Sevgimizi satmısan sən bir qul kimi, Sən qəlbimi qırmısan bir oyun kimi, Qəlbindəydim mən ki sənin Atılmışam bir kənara əşya kimi Bir zamalar yarın idim,canın idim Gəncliyimi məndən alan, Qara saça ağlar salan, Düşmənimsən indi mənim Yaman zərif qəlbim vardı Daşa dönüb indi artıq. Kimsən sən mənim üçün özün söylə? Məndən məni alıb gedən, Sevincimi zəhər edən Sən kinimsən,nifrətimsən Düşünərkən sən ölümsən, Yaşaramsa mən dünyada Ölüm mənlik deyil artıq. |