www.nice.az > Sevgi Aləmi > Tanı məni
Tanı məni13 iyul 2012. Müəllif: Candy |
![]() Tanı məni heç tələsmədən ,heç sorğulamadan yalnız ağzımdan çıxanlarla, içimdən gələnlərlə anla məni.. Baxma sərt olduğuma və izlə məni yalnız. Heç danışma,səbirlə, sevgiylə həll et məni. Məni tanı və içimdəki səni tanı. İçimdə yaşatdığım bəslədiyim və böyütdüyüm eşqimi və sevgimi gör. Tanı Məni.. Anlamaq istəyirəm səni. Sənin kimi düşünmək istəyirəm cəsur və bir o qədərdə təmkinli. ..Özünü mənə izah eeləmkə! yavaş yavaş kəşf etmək istəyirəm bütün xəzinələrini, bütün düşüncələrini , həyata baxışını və necə mənə o qədər sevgi dolu baxdığını... Tanı Məni.. Tək mənim üçün baxsın gözlərin Yalnız mənim üçün qopsun fırtınalar ürəyində Mən bilmək istəyirəm hər şeyini Mən görmək istəyirəm gizli xəzinələrini. Və yalnız və yalnız mən hiss etmək istəyirəm sənin bənzərsiz sevgini... Tanı Məni.. Səslən mənə ən gözəl eşq adlarıyla, öz taxdığın xoş ləqəblərlə və sev məni yalnız səsinlə. .Qulağımdan ürəyimə ensin səsindəki sirrli sevgi. ..Hissetmək istəyirəm səsinin titrəmələrini mənə eşqim canım deyərkən. ..Ve Sənə səni sevirəm dediyimdə anlamaq istəyirəm ürəyindəki xoşbəxtliyini... Tanı Məni.. Oxşa ürəyimi yavaşca və şəfqətli. İçmədən sərxoş olum səninlə, Dilim tutulsun danışsın yalnız gözlərim Yaxşı bax onlara anla nə dediklərini... Gözlər əsla yalan danışmaz Və bax gör 'Səni sevirəm! Yuxu kimisən, heç oyanmaq istəməyəcək qədər gözəl və oyandıqdan sonra təkrar yatıb dəfələrlə yenidən. ..yeniden bezmək bilmədən görmək istədiyim.. Ən gözəl yuxumsan Görməyə doya bilmədiyim... Ən şirin baxışımsan Baxmağa qıya bilmədiyim. |