www.nice.az > Sevgi Aləmi > Etiraf...
Etiraf...7 iyul 2012. Müəllif: Candy |
![]() Bu nə cür sevgidir, bu nə cür eşqdir? Hələ başlamamış sonu görünür. Səni səndən ayrı düşünən zaman Qəlbim parçalanıb yüzə bölünür. ![]() Bu ürək bir daha özünə gəlməz Həyat ona ağır zərbə vurubdur Məni vurmaq üçün o gözəlliyin Həyatın əlində silah olubdur. ![]() Əgər məndən ayrı gəzsən bir zaman Bu qəmli gözlərim yaşla dolacaq Sevginə qəlbimdə qurduğum saray Elə həmin anda viran olacaq ![]() Bəlkədə bu sevgi bir tərəflidir Bəlkədə sən məni heç sevməyirsən Hər dəqiqə sənin üçün vuran qəlbimin Bəlkədə ağrısın hiss etməyirsən ![]() Neyləyək bizim ki, bura qədərmiş Böyük sevgilərin sonu kədərmiş, Nisgil həyatıma sakit gələn yar, Bir gün bu həyatdan sakit gedərmiş. ![]() Görürsənmi? həyat çox qəribədir? Haqqı haqsızlıqda günahlandırır. Bilmirəm heç mənim günahım nədir? Həyat məni belə cəzalandırır. ![]() Sənə qarşı olan böyük hisslərim, Həyatda ikinci məhəbbətimdir. Onu əzablarla çətin unutdum, Səni isə unutmaq daha çətindir. ![]() |