www.nice.az > Sevgi Aləmi > Unudulmaz Misralar...
Unudulmaz Misralar...27 may 2012. Müəllif: SiMPLe_GiRL |
![]() boş zərfin içində bir az təsəlli [Rasim Qaraca] ♥♥♥ ...bilsək dünyaya gəlməzdik analar aldatdı bizi [Ramiz Rövşən] ♥♥♥ Söyləsəm təsiri yox, sussam könül razı deyil [Füzuli] ♥♥♥ Yağış meydan sulayır, çöl soyuq Otaq isti... bəsdi... dəlilik etmə... Getmə... [Elxan Zal] ♥♥♥ ...sən bu dünyaya nə verə bilərsən ki uzağı bir oğlan bir qız uşağı [Zamin Hacı] ♥♥♥ Kimi öldürüm ki, bu gecə vaxtı Sabah ağlamağa bəhanəm olsun [Aqşin] ♥♥♥ Sen getdikdən sonra tək qalacağam. Yalnız qalmaqdan qorxmuram amma, Birdən canım əllərini tutmaq istəsə...? [Can Yücel] ♥♥♥ İki də bir əlini başına götürüb Küləkdə dağılan tənhalığını düzəldirsən [Cemal Süreyya] ♥♥♥ Yağır yaz yağışları. Bax, necə də can atır boğazotu yuxarıya doğru Bu unudulmuş cığırda ! [Matsuo Basyo] ♥♥♥ zaman bizə verdiyi maaşları azaldıb [Həmid Herisçi] ♥♥♥ insan onsuz da cəza çəkir [Həmid Herisçi] ♥♥♥ Mən hansı bir meymuna bənzədim ki insanı meymun onun yanında toya getməli olsun [Murad Köhnəqala] ♥♥♥ Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən [Əli Kərim] ♥♥♥ Öləndə hamımızı şlanqla yuyacaqlar [Nərmin Kamal] ♥♥♥ məndə elə ürək hanı onun kimisini sevməyə… [Sevinc Pərvanə] ♥♥♥ Bir səbəbi yox, sadəcə öpdüm [kiçik İskender] ♥♥♥ Sən həmişə ordasan haradaki mən yoxam [Peter Turrini] ♥♥♥ Yuxuda dilindən qopan adların biri də bənzəməz sənin adına… [Ramiz Rövşən] ♥♥♥ Çinarları kəsirlər ki, göy üzünü qanatmasın [Xaqani Hass] ♥♥♥ Sən yoxsan pişiklərin arasında, darıxıram [Zahir Əzəmət] ♥♥♥ ağacların küçəyə doğru əyildiyi bu mənzərəni gözlərimlə kopyalayıb sənə göndərdim düşüncələrimdə [Rasim Qaraca] ♥♥♥ sonra bütün kitabların ağzını mumla [Murad Köhnəqala] ♥♥♥ Ayrılıq sevdaya daxil [Atilla İlhan] ♥♥♥ Aldanma ki, şair sözü əlbəttə yalandır. [Məhəmməd Füzuli] ♥♥♥ Sıxma ürəyimi, ürək cəhənnəm Axı sən ordasan, sən sıxılarsan. [Seyran Səxavət] ♥♥♥ onun gözləri maviydi- noolsun mənim də çiyinlərim enliydi insafın olsun [Rövşən Naziroğlu] ♥♥♥ Sənli xatirələr dağılıb evə - bağışla, otağım tör-toküntüdü. [Salam Sarvan] ♥♥♥ Sevgim daşa dəydi Bəxtəvər daşın başına [Qulu Ağsəs] ♥♥♥ Bir küçə var şəhərimdə, sakit, qısa bir küçə... Yetmiş addım o yana, yetmiş addım bu yana. Bir siqaret o yana, bir siqaret bu yana. [Vaqif Səmədoğlu] ♥♥♥ içimdə ən böyük mələklər ölür ən gözəl qadınlar qocalır, şair [Günel Mövlud] ♥♥♥ Neylək. Bu dünyada şair olan kəs Cəlladsız, edamsız keçinə bilməz. Alın yazımızdır - əlimizdə şam zarımaq, ulamaq hər səhər-axşam. [Anna Axmatova] ♥♥♥ Dəmir barmaqlıqların Doğram-doğram doğradığı Azadlıq tərəfə baxıram [Qənimət Zahid] |