www.nice.az > Sevgi Aləmi > Mən dəyişdim [şeir]
Mən dəyişdim [şeir]18 may 2012. Müəllif: fidaska |
![]() Ya zaman tez ötdü, ya mən dəyişdim, [center][/center]Bəlkə də həyatın qanunu budur. Ya doğruluq qaçdı, yalanı seçdim, Ya da elə hər kəs bir gün unudur. Köhnə dostlarımın indi çoxu yad, Məsum gülüşlərdən əsər yox üzdə. Bircə sən qalmısan mənə salamat, Sən də ki dostumsan – yalnızca sözdə. Bəlkə də səmimi gəlməz sözlərim, İndi mən susuram, sənsə gülürsən. Yaraşır, gülümsə! kövrək gözlərim, O gülüşün həsrətində – bilirsən… Hərdən mahnılar da səni anladır, Ağlamamaqçun özümü sıxıram. İndi sən yaman çox dəyişilmisən… Mən köhnə dostum üçün darıxıram |