www.nice.az > Sevgi Aləmi > Sevgilim
Sevgilim28 aprel 2012. Müəllif: PRƏNSES |
![]() Əgər istəsən... Bir gün qaranlıq gecə səni darıxdırsa, işıq istəsən gözümün işığını istə, verərəm! Mən ki, sənsiz heç nə görmürəm. Bəlkə kor olduğumu ondan sonra biləm. Xatirələr olar əl ağacım, əgər istəsən... â™ â™ â™ Yalqızlıq bir gün səni üşütsə, qorxma, ürəyimi istə. Verərəm ürəyimi oduyla, atəşiylə. Soyuyaram, payız yarpağı kimi quruyaram, ümidsiz-ümidsiz əsərəm. Bəlkə onda yalqızlığımla barışam.... Bir gün sakit həyatından yorulub sevinc, gülüş istəsən-dayanmaram, yanına uçaram qanadlı quş kimi. Dodaqlarına tapşıraram bir ömrümün şəlalə sevincini. Sonra sakit axan çay kimi susaram. Kədər külək kimi qanadlarımı sındırsa da nə qəm, sən ki sevincimlə qəm bilmirsən. Bu mənə bəsdir...Məhəbbət bağçasında bülbülü eşitmək istəsən, tələsmə. Ürəyimdə məhəbbətimin yanıqlı laylası var. Dodaqlarımda həzin-həzin səsi var. Bülbül eşitsə ağlayar. Sənə bağışlayaram məhəbbətimin səsini. â™ â™ â™ Bəlkə onda lal ollam, kədərli mahnılar oxumağı unudaram... Bir gün insafa gəlsən məndən xatirə istə.Sənsiz keçən günlərimi kitab kimi vərəqləsən halıma yanarsan.Bir gün öz ədalət taxtına çıxıb məni həqiqət kimi çağırarsan.Bir insaflı günündə məni həyata qaytararsan, qüdrətinə inandırarsan, əgər istəsən...Məndən həyatımı istə, sənindir. Yol ayrıcında tələsib dəsmal istəmə, onsuz da nəmdir. Mənə ölüm dilə, ayrılmaq demə...Bir gün mənsiz qalacaqsan.Sənsiz qalacağam deməyə gəlmir dilim! â™ â™ â™ İndi yox oluram... Səni sevmədiyim üçün deyil, Əksinə səni çox sevdiyim üçün yox oluram... Sənsiz yaşaya bilməyəcəyimi anladığım üçün yox oluram. â™ â™ â™ Sökübdə ürəyimi öz əllərimlə, Qanaya qanaya yox oluram Ürəyimin qanı gözlərimə vurur... Damlayır yavaş yavaş ciyərimə... â™ â™ â™ Sanmaki xoşbəxtəm, Sanmaki xoşbəxt olacam sənsiz... Amma sən həmişə xoşbəxt ol... dözə bilmərəm gözlərində qaranlıqlar görməyə... |