www.nice.az > Sevgi Aləmi > Bir xəyal qurdum..
Bir xəyal qurdum..21 mart 2012. Müəllif: SiMPLe_GiRL |
![]() Bir xəyal qurdum, “Alınmayacaq, boşa ümidlənməâ€-,dedilər. Bir günəş istədim, “Günəş varâ€-,dedilər. “Bəs niyə görmürəm?â€-,dedim. “O sənin içini isitmir, hiss etmirsənâ€-,dedilər. Günəşli gün...Amma içimdə küləklər əsir. Alıb aparır məni uzaqlara...Mənə yaxın, əl çatmayan uzaqlara...Tab gətirə bilmirəm bu fırtınaya...Sükutumu pozan fırtına, din artıq!...İçimə axan göz yaşlarım, dur artıq!...Məni sıxan tənhalığım, dağıl artıq!...İçimi dağıdan fırtına, görün artıq!.. Bəsdir arzularımı, xəyallarımı sovurdun! Bir azda ətrafımı sovur. Onsuzda gedəcək nəsə qalmayıb, hər kəs, hər şey uzaqlaşıb məndən... Sənin gətirdiyin təklik qalıb sadəcə..Onu al, hər şeyi geri gətir...İstəmirəm yalandan gülmək...Yalandan “yaxşıyam†demək..Mən həmişə pisəm...pisəm..Unudulmuş yaralarım, məni sıxan divarlarım var... Sərhədlərimi istəmirəm..Qadağaları istəmirəm..İşıqlı bir gün, gözəl səma, içdən gələn bir gülüş istəyirəm..Sadəcə bir gülüş...Çox yox...Həyat, ver mənə xoşbəxtliyimi, azadlığımı, sevincimi...Al tənhalığımı, saxta gülüşümü...İstəmirəm..İstəmirəm..Sükut istəmirəm... Anla, həyat, acizəm qarşında..Gücüm çatmır..Yoruldum artıq..Yoruldum mübarizədən..Gücsüzəm.. Bir xəyal qurdum, “Olmayacaq, boşa ümidlənməâ€-, dedilər. Aydın səma istədim, “Qara buludların varâ€-, dedilər. Yağış istədim, “Göz yaşların varâ€-,dedilər. Günəş istədim, “Dağılmayan qaranlığın var dedilərâ€-, dedilər. Bir təbəssüm istədim, “Sənə yaddırâ€-, dedilər. Həyat istədim, “Xoşbəxt olmayacaqsan,yaşamaâ€-, dedilər.. Özümü geri istədim, “Artıq gecdirâ€-, dedilər. Xoşbəxtlik istədim, “Hər şey öz əlindədir. Xoşbəxtliyini özün yaratâ€-, dedilər. “Bacarmıramâ€-, dedim. “Özünə güvənâ€-, dedilər. |