www.nice.az > Sevgi Aləmi > Sevgi [şeir]

Sevgi [şeir]


23 mart 2012. Müəllif: SiMPLe_GiRL
Sevgi [şeir]

Yadından çıxıbdır mənim sözlərim
Amma sən olmusan mənim əzbərim
Sevgi ilə gözünə baxan gözlərim
Bir daha üzünə baxmayacaqdır.
Uzatsan əllərin çatmayacaqdır.

Çox şirin eşitdim sənin dilindən.
Faydalar görmədim onun birindən.
Əllərim tutacaqdı sənin əlindən.
Vəfasız əllərin tutmayacaqdır.
Uzatsan əllərin çatmayacaqdır.

Bir zaman sənindim sənin əlində.
Məni də itirdin günün birində.
Mənim sevgim durub önündə.
Daş olan qəlbini oxlayacaqdır.
Uzatsan əllərin çatmayacaqdır


İnanıb,bağlandım sənli günlərə,
Səni sevirəm deyən o şirin dilə.
Sən demə yalanmış söylədiklərin
Axı necə qıydın sənli sevgimə?!

Quş tək sevgim ucaldı göyə.
Buluddan sevgimə yağış göndərdim.
Amalım göydəydi,ürəyim səndə
Axi mən demədim ildırım gələ?!

Bilmirəm göylərmi,yerlərmi mənə,
Yar olub,eşq dolu sevgi verəcək.
Bilmirəm həyatmı.ölümmü mənə,
Yenidən sevməyi öyrədəcək.

Köhnə sevgilərdə araya gəlməz,
Uzaq xatirələr isitməz məni.
Başımı qəfil duman bürüyər.
Buz tutan bulaqlar içirtməz məni...

Günəşin şüası,ayın işığı,
Sevgimə rəng qatıb,səni göstərdi.
Nifrətin kədərlə qovuşduğu anı,
Qəlbimə sındırıb,mənə göstərdin.

Gecənin sükutu,dəniz ləpəsi,
Qəlbimdə sakitlik bu olsaydı kaş.
Quşların səsi,güllərin ətri,
Qəlbimdə şirinlik bu olsaydı kaş.


Aramızda uzun, daş kəsəkli yolumuz var
Həyatdan sorulası nə çox sualımız var
Gecələr hələ ediləsi çox duamız var
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hər görüşümüzü göz yaşı ilə bitirmələyik
Hər nisgilimizə pənah gətirməliyik
Özümüzü səbr ələyindən keçirməliyik
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hələ islanmalıyıq həsrət yağışlarında
Bəzənməliyik qismətin naxışlarinda
Hələ düşüb qalxmalıyıq kəm baxışlarda
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hicranla birtəhər keçinək gedək
Zamandən nə küsək nə inciyək
Bir saatı bir günə sayırsa neyləyək
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Xatirələrdən hər kədərə bir səhifə açaq
Gələcəyə boylanaq birlikdə qaçaq
Sübhəcən arzudan kamdan danışaq
Başqa neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.