www.nice.az > Sevgi Aləmi > Gedənə Dur Demə...

Gedənə Dur Demə...


19 mart 2012. Müəllif: SiMPLe_GiRL
Gedənə Dur Demə...

Çox sevdiyiniz biri var, onu elə çox sevirsiniz ki onsuz həyatınızın davam etməyəcəyini zənn edərsiniz

Sizi çox sevdiyini də deyə bilər, yenə də hər cümləsinin qabağında "amma" eşitməli olursunuz

Siz də çox yaxşı bilirsiniz ki, "amma" ilə başlayan cümlələr ya şərt, ya da bəhanə şəraiti yaradacaqdır

Siz onu bu qədər çox sevdiyiniz halda, o tez-tez bəhanələrlə "Səni Sevirəm amma..." ilə davam edən cümlələr qurmaqdadır

Hətta hər söhbətinizin axırını ayrılmağa da gətirə bilər

Sizin sevginiz get-gedə artsa da, yaranan ümidsizlik və hər söhbətin sonunda olan ayrılaq sözünü eşitmək qorxusu sizi həm yormaqda, həm də bezdirməkdədir.
Bunlardan başqa aranızda keçən o qədər vaxta da heyfiniz gəlir, getdiyiniz yerlər, etdikləriniz, verdiyiniz qərarlar, o sevgi sözləri həmişə ağlınızdadır və bu sizi daha da pis hala salmaqdadır

Bir gün sizə daha iddialı olaraq "Hər şey bitsin, qərarımdan da dönən deyiləm" dediyi halda

İNANIN Kİ, dəyməz gedənə Dur demək... Axı

Gedənə dur demək sənin böyük səhvindir

Gedənə dur demək sənin acizliyindir

Gedənə dur demək sənin məcbur sahib olma istəyindir

Gedənə dur demək özünü aldatmağındır

Gedənə dur demək boş ümidlənməyindir

Gedənə dur demək dəyərinin itməsidir

Gedənə dur demək gedişini gecikdirməkdir

Gedənə dur demək sevməyənə sev deməkdir

Gedənə dur demək boş zaman itkisidir

Gedənə dur demək qürurunun itməsidir

Gedənə dur demək qarşılıqsız istəkdir

Gedənə dur demək ........


ONU BİLİN Kİ, Ürəkdən sevən şərtsiz sevər, bəhanəsiz sevər, ən pis halla belə yenə Səni sevər. "Amma"lar olmaz, yenə də sevər.

"Gedənə dur deməsəm sabah peşman olaram" deyə düşünməyin, sən bunu artıq deyə biləcəyin qədər demisən. Bu andan sonra gedənə dur demək faydasız, nəticəsiz olacaqdır, çox şey itirəcəksən bu halda, ən əsas özünü itirəcəksən...

Bir gün ürəyində olan bu sevginin əslində o qədər də böyük olmadığını anlayacaqsan. Zaman hər şeyi həll edəcək.

BİR DƏ ONU BİLİN Kİ, əgər o bir gün sizə geri dönməyi özü seçərsə, sizin ona qarşı olan sevginiz əvvəlki kimi olmayacaq, əvvəlki sevginin yerini doldurmayacaq...

Təbii olaraq, sevən həqiqətən sevirsə onsuz da geri dönəcək. Amma gedib bir daha qayıtmırsa, deməli onun dərdi də başqa imiş.

Eyni zamanda belə düşünün: Gedənə qal dediyin halda qaldısa, bundan sonra onunla davam etmək səni qane edəcəkmi?

Gedən getməsi üçün səbəblər var, əvvəlki dəyərin qalmamış ola bilər, ya da nəsə çatışmamazlıq var. Qərarsızlıq halında olsa və qalsa belə o çatışmamazlıqları həmişə hiss etmiş olacaq.

Gedənə deyilir: "Yolun açıq olsun"
Ən dərin sevgi yaraları belə sonsuza qədər davam etmir, unutmayın. Keçər, bu da keçər, sadəcə səbrli olun.