www.nice.az > Sevgi Aləmi > Yağış yağır yaz yağışı [Şeir]

Yağış yağır yaz yağışı [Şeir]


17 mart 2012. Müəllif: HiTMaN
Yağış yağır yaz yağışı [Şeir]

Yağış yağır yaz yağışı [Şeir]

Ürəyimin alovları sönməyəcək
Bilə bilə yağış yağır yaz yağışı
Fəryadları leysanlara dönməyəcək
Gilə - gilə yağış yağır yaz yağışı

Həsrət əydi torpağına dizlərini
Bu şəhərin göz yaşıdı qəm naxışı
Xatirələr düşmənidi izlərinin
Silə - silə yağış yağır yaz yağışı

Nisgilində səhra kimi düzləri var
Nəmli yaşlı intizarlı gözləri var
Sirli ahəng ürəyində sözləri var
Dine – dinə yağış yağır yaz yağışı

Yağdı bu gün divanənin hər sözünə
Yağıb dönsün ovuclarda qəm gölünə
Dilə sənsiz salam olsun sevgilinə
Dilə! Dilə! yağış yağır yaz yağışı

Yağış yağır yaz yağışı [Şeir]