www.nice.az > Sevgi Aləmi > Mənimlə qal sevgilim
Mənimlə qal sevgilim10 mart 2012. Müəllif: GHoSTMaN |
![]() Mənim yaşadığım şəhər başqa "sevgilim" , mənim şəhərim də başqa insanlar var. Mənim şəhərimin ağacları başqadır. Çiçəkləri belə başqa açar mənim şəhərimin. Mənim şəhərimin yolları həmişə bir yerdə qovuşar "sevgilim". Məsələn hansı yolu seçsəm seçim sənə çıxar bütün yollar. Hər künc başında sən gözləyir olarsan məni. Mənsə nə vaxt səni görsəm qaçaraq boyuna sarılaram. Sonra sən qulağıma "Səni sevirəm" deyə pıçıldayarsan. Mən gülümsəyərəm sənə və sonsuz bir xoşbəxtliklə "Mən də mən də səni sevirəm" deyərəm Mənim yaşadığım şəhərdə başqa bir sən varsan. Sən belə məndəki səni görsən tanımazsan özünü çünki o daha dünən andlar etdin mənə. "Səni əsla buraxmam əsla qorxma, səndən başqası haram mənə" dedi. Dizlərimə yatdı, sonra gözlərini bağladı, əllərimi tutdu. Yatmış qalmışıq amma heç üşümədik "sevgilim" . O qədər böyük idi ki sevgimiz; heç üşümədik. Mən sənin eşqinlə heç üşümədim ki; hələ isti ürəyim. Kimsənin toxunmasına icazə vermirəm. İnan kimsəni aparmam şəhərimə. Çünki qapıları kilidli. Xatırladınmı ən son sən qonaq olmuşdunu mənim şəhərimə, ürəyimə. O qədər sevdim ki sənin qonaqlığını; şəhərimin açarlarını sənə verdim. "Al sən də dayansın nə vaxt istəsən gəl artıq sənin bu şəhər" dedim. Sonra sən heç getmədin ürəyimdən ta ki o günə qədər "sevgilim" Hanı arxandan belə baxmağa cəsarət edə bilmədiyim hər yerin zülmət qaranlığa büründüyü günü xatırlayırsanmı? İstəsəm də baxa bilməzdim arxandan, çünki şəhərimin qapılarını kilidləyib getmişdin. Dəfələrlə vurdum qapının ardından; "Məni buraxma getmə" dedim, ağladım amma səndən gələn tək səs ayaq səslərin idi. Eşidirdim 1. adım-addım 2. adım-addım 3. adım-addım və məhrum. Özümlə bir oyuna başladım olmayan səninlə. Təkrar başqa bir sən götürdüm yanıma. Sənin xəyalini götürdüm, onunla yaşayıram artıq. Bu şəhər də, ürəyimdə bir xəyalla yaşayıram, sən varmışsan kimi edirəm həmişə. Onsuz da mən olmazsam mənim şəhərim olmazsa səndə olmazsan ki "sevgilim" səni mən yaşadıram. Bir evçilik oynayıram özümlə. Nə vaxt bitər bu oyun, mən nə vaxt böyüyərəm bilməyirəm. Müəyyən bir yaşı varmı, bir il iki il sonra keçərmi, bilməyirəm. Amma mən bu oyun bitsin istəmirəm "sevgilim". Çünki oyunun bitdiyi o gün mən böyüsəm əgər SƏNİ kim sevəcək? Heç düşündünmü; kim şəhərimin yollarında səninlə qovuşacaq "sevgilim" ? Kim yatırdacaq səni dizlərində? Sən kədərlənməzsənmi, ağlamazsanmı arxamdan? Mən incidə bilmərəm ki səni. O qədər sevirəm ki səni, xəyalını belə incidə bilmərəm "sevgilim" Getdiyin gün güc-bəla getmişdin. Sən də söyləyə bilməmişdini gedəcəyini. Ya mən, ya mən Sevgilim; dodaqlarından çıxacaq bir sözə elə ümid bağladım ki; ömürümü verə bilərdim bir sözünə. Desəydin ki "yalan getmirəm". Bir söz Sevgilim, bir sözünü gözlədim, heç bir şey demədin. Mən də ümidlərimi sənin sözlərinə deyil bir ipin ucuna bağladım, sonra şəhərin küncündə eynilə mənim kimi tək qalan bir ağaca asdım. Halbuki o ağacda ümidlərimi öldürməyi deyil sevdamızı yaşatmağı istəyərdim. Amma olmadı, edə bilmədim "sevgilim". Sevdamızı ağaclara yaza bilmədim amma indi səhifə səhifə səni yazıram. Şeirlərimiz var sənə dair yazılan, sevda sözlərimiz var, amma heç mahnımız yox. Əslində mən bir mahnı seçəcəkdim amma bütün mahnılarda ayrılıq vardı seçə bilmədim. Amma necə səhifə səhifə səni yazıramsa bir mahnı belə edə bilmirəm səni. |