www.nice.az > Sevgi Aləmi > Bir xəbər al [şeir]
Bir xəbər al [şeir]29 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Bir dərdə düşmüşəm bu el içində Nə dərdi bəladı? bir xəbər al sən. Ruhum candan çıxıb səfər eyliyir Yolu hayanadı? bir xəbər al sən Bir gözəl gördüsə, itirir yolu O nə sag bilir, nə də ki solu Axı əldən düşdüm, a zalım oglu Yolun hayanadı? bir xəbər al sən Eşqin yollarında oldu piyada Nə dosta yaxınıq nə də ki yada Böyle bir gözəli, bu basabasda, Kim axtarıb tapar ? bir xəbər al sən Dost tanış yaninda zail olmuşam Bir əfi ilana məftun olmuşam Sehrinə düşmüşəm, cadu olmuşam Tilsimi kim açar?bir xəbər al sən Kaş ki sən alaydın mənim canımı Qutar əzablardan Səfər zalımı Axı itirmişəm tapın yarımı, Yarin heç varmıydı?... bir xəbər al sən. |