www.nice.az > Sevgi Aləmi > Baxmır [şeir]
Baxmır [şeir]28 fevral 2012. Müəllif: _ROCK_STAR_ |
![]() İtibdir ləzzəti,dadı dünyanın Qalıb bir quruca adı dünyanın Bilinmir,yaxını yadı dünyanın. Ruhumu sevənlər üzümə baxmır. Yoluma teleyin nuru saçılmır, Ölüncə qismətdən,bəxtdən qaçılmır Belə gör haçandır könlüm açılmır, Ağrıyan vicdanım gözümə baxmır.. Hamı tale adlı gəmidən qaçır, Sümbülü puç olan zəmidən qaçır. Varıma gələnlər,qəmimdən qaçır Əlimə baxanlar gözümə baxmır.. Həsrətəm dərtlərə meyil salmışam, Qəmə könül verib,könül almışam. Həsrətin əlindən aciz qalmışam. Daha ürəyimdə sözümə baxmır...! ![]() |