www.nice.az > Sevgi Aləmi > Hər kəsin üzündən tökülür ölüm [şeir]

Hər kəsin üzündən tökülür ölüm [şeir]


23 fevral 2012. Müəllif: _ROCK_STAR_
Hər kəsin üzündən tökülür ölüm [şeir]

Hər kəsin üzündən tökülür ölüm,
Heç kəsin üzünə baxa bilmirəm.
Hər kəslə sevgimi razıyam bölüm,
Heç kəslə dərdimi bölə bilmirəm..

Hər kəsin heç kimə çatmayır gücü,
Hər kəsin hər kəsə məhəbbəti yox.
Hər kəsə sirrimi söylərəm düzü,
Hər kəsin sözünə sədaqəti yox...

Hər kəslər,hər kəslər dünyası nağıl.
Hər kəs bu kitabı oxumayacaq.
Yaşama ey dünya yaşama dağıl,
Yaşasan ədavət yox olmayacaq!

Habil Yaşar

Hər kəsin üzündən tökülür ölüm [şeir]