www.nice.az > Sevgi Aləmi > Səndən başqasını sevmədim...

Səndən başqasını sevmədim...


19 fevral 2012. Müəllif: HiTMaN
Səndən başqasını sevmədim...

Gecənin o cadulu saatlarında pəncərədən süzülən ay işığında səni düşünürəm.
Ürəyim, həsrətlə yanır: bir qəribəlik hiss edirəm, ürəyim içimə sığmır: can qəfəsdən uçmaq istəyir.
Yediyim çörəkdə, içdiyim suda, iylədiyim güldə, yağış damlasında, qar dənəciklərində,
Səni düşünürəm.
Günəşin hər səhər doğuşunda, hər axşam batışında Səni arzulayıram: sevgin ürəyimi titrədir.
Getdiyim yollarda, danışdığım insanlarda, uçuşan qızıl qanadlı quşlarda həmişə səni görürəm.
Sevgin həm boranı, həm qışı, həm baharı, həm yazı, həm istini, həm səmanı qucaqlayır.
Sənin içində olmaq, ürəyinə yelkən açmaq istəyirəm.
Bəzən bir gülün qoxusunda, bir gülə baxışımda, toxunuşumda
səni görürəm.
Bir soyuq qış gecəsi məni isitdin ilıqlığınla, hecasına
ömürlər veriləcək sözlər eşitdirdin.
Çiçəklər, hər yerdən onun qoxusunu gətirir.
Quşlar xəbər verir: Gözləyirəm sevgilimin yolunu, ümid dolu bir intizarla həm də:
Onun işığı ruhuma dolur...
Kirpiklərimi yuyan gözyaşlarım, səhərlərdə səmaya açılan ovuclarım şahiddir: yalan deyil sevgim!
Ürpərən ürəyim, titrəyən bədənim, bədənimin bütün zərrələri şahiddir
Səndən başqasını sevmədim...