www.nice.az > Sevgi Aləmi > Zaman nədir görəsən?
Zaman nədir görəsən?1 fevral 2012. Müəllif: _ROCK_STAR_ |
Zaman nədir görəsən? Səni mənə gətirən ya səni məndən aparan? Yox yox deyirlər dərmanıdır zaman hər şeyin İllər keçsə unudularmı yəni sənli xatirələrim? Ah bu zaman nədir görəsən? Səni məndən uzaqlaşdıran ya məni sənə bağlayan? Yox deyirlər zamanla dəyişir inkar etdiklərin... İllər keçsə çıxarmı yəni ortaya səni həqiqətən sevdiyim? Kim bilir? Zaman nədir görəsən? Sənə başqasını sevdirən ya məni eşqə küsdürən? Yox!Yox! Deyirlər zaman təsəllisidir ayrılığın İllər keçsə,axmayacaqmı yəni səni düşünəndə bu göz yaşlarım? Zaman nədir mən bilirəm deyəsən! Nə dərmandır,nə təsəllidir bilirsən Deyirəm zaman ötüb keçən qaytara bilmədiyim keçmişim. İllər keçsə biraz daha uzaqlaşacaq dəyərini bilmədiyim o,günlərim! |